ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlığa başlayıbbackend

ABŞ və Finlandiya müdafiə sahəsində əməkdaşlığa başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları və Finlandiya müdafiə sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalayıb.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Mərasim ABŞ Dövlət Departamentinin YouTube kanalında yayımlanıb.

Müqavilə ABŞ hərbçilərinə Finlandiyadakı 15 hərbi bazaya giriş imkanı verir. Mərasimdə ABŞ dövlət katibi Entoni Blinken, Finlandiya müdafiə naziri Antti Hyakkyanen və Finlandiya xarici işlər naziri Elina Valtonen iştirak ediblər.

“Saziş Finlandiyaya ABŞ-la əməkdaşlığı yeni səviyyəyə çıxarmaq, texnoloji və müdafiə baxımından qarşılıqlı əlaqələrimizi təkmilləşdirmək və müxtəlif vəziyyətlərdə birgə qərarlar qəbul etmək imkanı verəcək”, – deyə Valtonen mərasimdə bildirib.

Finlandiya hökumətinin ABŞ hərbçilərinin sənədləri təqdim etmədən ölkəyə daxil olmasına icazə verəcəyi gözlənilir.