Prezident Vladimir Putin fərmanı ilə 18 yaşına çatmış və fəaliyyət qabiliyyətinə malik Belarus, Qazaxıstan və Moldova vətəndaşları üçün Rusiya pasportunun alınması prosesini sadələşdirib.
NOCOMMENT.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Orada bildirilir ki, Belarus vətəndaşları “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 15-ci maddəsinin 1-ci hissəsinin 1-3-cü bəndlərində nəzərdə tutulmuş tələblərə əməl etmədən sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığını ala biləcəklər. Belarus vətəndaşları Rusiya vətəndaşlığına qəbul üçün ərizə ilə yanaşı, yaşayış icazəsi və şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.
Söhbət aşağıdakı tələblərdən gedir: Rusiya Federasiyasında yaşayış icazəsi verilməsi haqqında qərar qəbul edildiyi gündən Rusiya Federasiyasının vətəndaşlığına qəbul üçün ərizənin beş il müddətinə verildiyi günə qədər Rusiyada daimi yaşamaq; rus dilini bilmək, habelə rus tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmək.
Moldova və Qazaxıstan vətəndaşları isə fərmana əsasən, sadalanan tələblərin birinci və üçüncü hissəsini yerinə yetirməli olmayacaqlar. Belə ki, Rusiya pasportu almaq istəyənlər rus dilini bilməlidirlər.