ABŞ dekabrın sonunda Ukraynaya yeni yardım paketini açıqlayacaq ki, bu da amerikalılardan Kiyev üçün sonuncu olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz hələ də bu ayın sonunda Ukrayna üçün bir yardım paketi planlaşdırırıq. Bu yardım paketini ayırdıqdan sonra ABŞ -ın Ukraynaya dəstək üçün artıq mövcud vəsaiti qalmayacaq”,- deyə Kirbi bildirib.
Ağ Evin nümayəndəsi əlavə edib ki, ABŞ Konqresinin Ukraynaya dəstək üçün yeni vəsait ayırmaq qərarı olmasa, Vaşinqtonun Kiyevi dəstəkləmək üçün artıq resursları olmayacaq.