Bir müddət əvvəl mətbuatda Sumqayıtda qanunsuz küçə ticarəti ilə məşğul olanların küçədə piyada səkilərinin zəbt edilməsi böyük vüsət almasından və Sumqayıt küçələrinin bazara çevriliməsindən yazılmışdı.
NOCOMMENT.az-a daxil olan vətəndaş şikatətində bildirilir ki, piyadalar onlar üçün nəzərdə tutulmuş səkilərlə rahat, maeəsiz gedib-gələ bilmir, küçə ticarəti ilə ilə məşğul olunan bu kimi ərazilərdə həmçinin böyük səs-küy, antisanitariya şəraiti hökm sürür.
Belə ki, Sumqayıtın 13-cü mikrorayonu, Babək küçəsində, o cümlədən belə acınacaqlı mənzərəyə şəhərin demək olar ki, hər yerində rast gəlmək olar. Məsələn, şəhərin mərkəzində, Heydər Əliyev prospektində, 2-ci mikrorayonda dayanacaqda, EuroSport mağazasının qabağı-bazara yaxın dayanacağın ətrafı Hindistanın tipik mənzərəsini xatırladır ki, bu da şəhərin görünüşünə də pis təsir edir. Həmçinin şəhərin 36-cı məhəlləsində, 20 yanvar küçəsində (ASAN xidmətin yanı) bu kimi hallar ilə rastlaşmaq mümkündür. Üstəlik küçə ticarətçi ilə məşğul olanların heç bir sənədi olmur. Maraqlanılsa məlum olar ki, meyvə-tərəvəz satılanlar verilən pula görə heç bir çek-filan verilmir, yığılan pullardan dövlətə heç bir rüsum-filan ödənilmir. Əlbəttə insanların dolanışığını təmin etmək üçün ticarətlə məşğul olmasını başa düşmək olar, amma yolun az qala təmiz tutulması heç cürə yolverilməzdir”, – deyə vətəndaş şikayətində qeyd olunur.
Bildirilirdi ki, əlaqədar qurumlar maraq naminə heç bir tədbir görmürlər.
Problem mətbuatda işıqlanandan sonra müəyəən tədbirlər görüldü, həmin yerlərdə həqiqətən də səkilər azad edildi, piştaxtalar geri çəkildi, insanlar azda ola rahat gedib-gələməyə başladılar. Lakin əfsuslar olsun ki, bu sevinc cəmi 2 gün çəkdi. İndi yenə də olub köhnə hamam köhnə tas.Vəziyyət əvvəlkindən də beşbetər təkrarlanır. Mikrorayonlarda “Kolxoz bazarı” tərəfdə səkilər, yollar yenidən zəbt olunur ki, bu da sakinlərin haqlı narazıçılığına səbəb olur. Görünür burda bəzi məmurlar böyük pulllar əldə edir ki, problem həll olunmur.
Çalışmaq lazımdır ki, şəhər insan yönümlü şəhərə çevrilsin.
Qeyd olunan məsələ ilə bağlı aidiyyatı üzrə müvafiq qurumların da rəyini işıqlandırmağa hazırıq.