Ukraynada ən azı 10 min dinc sakin ölüb – BMTbackend

Ukraynada ən azı 10 min dinc sakin ölüb – BMT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk, Rusiya ilə müharibənin davam etdiyi Ukraynada ən az 10 min dinc sakinin öldüyünü, 18 min 500 nəfərin isə yaralandığını bildirib.

NOCOMMENT.az xəbər verir ki, V. Türk, BMT İnsan Haqları Şurasının təşkil etdiyi toplantıda BMT-nin İnsan Haqları Ali Komissarlığının Ukraynadakı insan haqlarının vəziyyəti ilə bağlı hesabatının nəticələri ilə bağlı qiymətləndirmələr aparıb.

Türk, uzun illər davam edən müharibənin gələcək nəsillərin həyatına və insan haqlarına təsir edəcəyindən narahat olduğunu bildirib.

Türk, BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası (HRMMU) vasitəsilə hərtərəfli monitorinq və sənədləşdirmə işlərini davam etdirdiklərini və bu sənədlərin beynəlxalq insan haqları orqanları, xüsusilə də Rusiya hüquq-mühafizə orqanları tərəfindən istifadə edildiyini bildirib.