Ukrayna Nazirlər Kabineti MDB sazişindən çıxmağı təsdiqləyibbackend

Ukrayna Nazirlər Kabineti MDB sazişindən çıxmağı təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna MDB ilə malların ixracı və idxalı zamanı dolayı vergilərin tutulması prinsipləri haqqında sazişdən çıxacaq.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Müstəqil Dövlətlər Birliyinə üzv ölkələr arasında malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı dolayı vergilərin tutulması prinsipləri haqqında sazişdən çıxmaq haqqında” qanun layihəsi təsdiq edilib”, – deyə Melniçuk bildirib.

Qeyd olunur ki, bu sənəd 1998-ci il noyabrın 25-də imzalanıb və 2000-ci il aprelin 20-də Ali Rada tərəfindən ratifikasiya edilib.

Bundan əvvəl Ukrayna Rusiya və Belarusla imzalanmış iqtisadi cinayətlərə qarşı mübarizədə əməkdaşlıq haqqında sazişdən birtərəfli qaydada çıxıb. Həmçinin, onun sözlərinə görə, MDB-yə üzv dövlətlərin mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və istifadəsi sahəsində əməkdaşlıq haqqında sazişdən çıxmaq razılaşdırılıb.