İsrail ordusu sərhəd şəhərlərini fosfor bombaları ilə vururbackend

İsrail ordusu sərhəd şəhərlərini fosfor bombaları ilə vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Livanın cənubundakı qəsəbələri fosfor bombaları ilə hədəfə aldığı açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Livanın rəsmi NNA agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ölkənin cənubunda sərhəddə yerləşən Blida və Muhaybib qəsəbələrini fosfor bombaları ilə vurub.

İsrailin atdığı bəzi fosfor bombaları sərhədə yaxın Rumeyş bölgəsindəki Hille Əbu Yezid yolunda böyük bir çuxurun yaranmasına səbəb olub.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də ölkənin cənubundakı Lebbun, əl-Cubbeyn əl-Şeyx və Teyr Harfa bölgələrinə hücumlar həyata keçirib. Bu hücumlarla eyni vaxtda İsrailin Merkava tankları da cənubdakı Yarun qəsəbəsini atəşə tutub.