Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Moldovanın Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı danışıqların Ankara ilə olduğu kimi qeyri-müəyyən müddətə uzanacağını bildirib.
NOCOMMENT.az xəbər verir ki, Onun sözlərini Reuters agentliyi sitat gətirir.
“Ukrayna və Moldovaya namizəd statusunun verilməsi onların Aİ üzvü olacaqları demək deyil. Elə bir proses başlayacaq ki, o da dayanacaq. Bu ölkələrin heç biri Türkiyə deyil”, – deyə Ərdoğan bildirib.
Türkiyə lideri Avrointeqrasiyaya çoxdan hazır olan Ankaranın “siyasi maneələr üzündən illərdir qapı arxasında gözləməsini” yanlış hesab edib. Onun sözlərinə görə, Türkiyənin “strateji və iqtisadi” potensialı çoxdan ona bloka qoşulmaq hüququ verib.