İtaliya Nazirlər Şurası respublikanın gələn il Ukraynaya dəstəyini davam etdirəcəyi qanun layihəsini qəbul edib.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla danışıqların yekunu üzrə Xarici İşlər Nazirliyinin rəhbəri və baş nazirin müavini Antonio Tayani bildirib.
Onun sözlərinə görə, müvafiq qərar hökumətin iclasında qəbul edilib. Eyni zamanda, söhbət Kiyevə birdən-birə üç növ – maliyyə, humanitar və hərbi yardımların verilməsindən gedir.
“Bu gün İtaliya Nazirlər Şurası Ukraynaya yardımın 2024-cü ilə qədər uzadılması barədə qərar qəbul edib”, – respublikanın xarici işlər naziri vurğulayıb.