Avropa İttifaqı Rusiyanın enerji resurslarından azad olmaq istəyində bir asılılığı digərinə dəyişib.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Aİ diplomatiyasının rəhbəri Cozep Borrel deyib.
Sommet Grand Continent forumunda Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Ukraynadakı hadisələrə “Aİ cavabı” “təsir edici” olub. Nümunə kimi o, Avropanın Rusiyadan enerji asılılığının köklü şəkildə azaldığını göstərib və o zaman bu, 40% qiymətləndirilib.
“Ancaq biz bunu etdik. Ola bilsin ki, biz bir asılılığı digəri ilə əvəz etmişik”, – deyə Borrel bildirib.
Bundan əvvəl mütəxəssislər Qərbin Rusiyadan neft və qaz almaqdan imtina edərək ciddi bir səhv etdiyini, daha yüksək qiymətlərə görə yeni, ciddi bir asılılığa düşəcəyini xəbərdar etdilər.