Yəməndə hərbçilərin Qəzza zolağına göndərilməsi üçün səfərbərlik başlayıbbackend

Yəməndə hərbçilərin Qəzza zolağına göndərilməsi üçün səfərbərlik başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şiə hərəkatı “Ansar Alla”nın (husilər) idarə etdiyi Yəmənin şimalındakı hakimiyyət Qəzza zolağında hərbi əməliyyatlarda ordu hazırlamaq üçün ümumi səfərbərlik həyata keçirir. 

NOCOMMENT.az“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu şiələrin “Ansar Alla” yarımhərbi qruplaşmasının Siyasi Bürosunun üzvü Xuzam Əl-Əsəd bildirib.

Səfərbərlik İsraillə silahlı münaqişədə Fələstin xalqını dəstəkləmək üçün həyata keçirilir, Husilər təlim düşərgələri açıblar. Qeyd olunur ki, on minlərlə insan hərbi işləri öyrənməyə gedib.

Yəmən sözçüsü Qəzzadakı Fələstin xalqının ABŞ-ın dəstəklədiyi “İsrail tərəfindən soyqırıma məruz qaldığını” bildirib.

Əl-Əsəd vurğulayıb ki, Yəmən Respublikası nizami orduya və inkişaf etmiş hərbi potensiala malikdir, ona görə də təlim keçən səfərbər edilmiş insanlar Yəmənin şimalında hərbi əməliyyatlarda iştirak etməyəcəklər.