İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah və Xan Yunisə hücumları nəticəsində ən azı 42 fələstinli həlak olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.
Hücum zamanı çoxlu sayda fələstinli də yaralanıb.
İsrail döyüş təyyarələrinin Rəfah şəhərində Küveytin xəstəxanası yaxınlığındakı Əli bin Əbi Talib məscidini bombaladığı və hücumda ən azı 10 fələstinlinin həlak olduğu bildirilib.
İsrail ordusunun Küveyt xəstəxanasının ətrafını hədəf alan hücumları nəticəsində çoxlu sayda jurnalist yaralanıb.