Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 20 mini keçib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qəzza hökuməti məlumat yayıb.
Açıqlamada, İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya təşkil etdiyi hücumlarda həlak olan fələstinlilərin sayının 20 mini keçdiyi, onlardan ən azı 8 mini uşaq, 6 min 200 nəfərinin qadın olduğu bildirilib.
Açıqlamada, hücumlarda dağılan binaların dağıntıları altında qalan itkinlərin sayının 6 min 700 olduğu, onların 70 faizinin qadın və uşaqların olduğu vurğulanıb.
Açıqlamada İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda yaralananların sayının 52 min 600-ü keçdiyi bildirilib.