Putin Nikolas Maduro ilə danışdıbackend

Putin Nikolas Maduro ilə danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin Nikolas Maduro ilə telefon danışığı aparıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya və Venesuela liderləri enerji, ticarət və investisiya, mədəni-humanitar sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Putin Maduroya bildirib ki, Rusiya Federasiyası ölkə rəhbərliyinin milli iqtisadiyyatın və suverenliyin möhkəmləndirilməsi istiqamətində səylərini dəstəkləməyə davam edəcək.

Prezidentlər beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi aparıb, ədalətli dünya nizamının yaradılmasına yanaşmaların ümumiliyini vurğulayıblar.