Ukrayna İspaniya-Avstriya BMP-lərinin istehsalını genişləndirmək niyyətindədirbackend

Ukrayna İspaniya-Avstriya BMP-lərinin istehsalını genişləndirmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynanın Zirehli Maşınlar” şirkətinin baş direktoru Vladislav Belbas bildirib ki, şirkət Ukraynada İspaniya-Avstriya ASCOD piyada döyüş maşınlarının lisenziyalı istehsalına başlamağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, onun sözlərini Ukraynanın “İqtisadi həqiqət” nəşri sitat gətirir.

“Biz indi komponentlərin istehsalı və İspaniya-Avstriya ASCOD piyada döyüş maşınının lisenziya əsasında yığılması imkanlarını araşdırırıq. Bu, vaxtilə bir neçə Aİ ölkəsinin sifarişi ilə hazırlanmış maşındır”.

O qeyd edib ki, əvvəlcə maşınların sınaq partiyasını almaq lazımdır, daha sonra istehsalın lokallaşdırılması ilə bağlı danışıqlara başlanılacaq.