Cənubi Koreya Ukraynaya minatəmizləmə avadanlıqları verdibackend

Cənubi Koreya Ukraynaya minatəmizləmə avadanlıqları verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koreya Respublikası humanitar məqsədlər üçün Ukraynaya on ədəd minatəmizləmə avadanlığı və yüz yüngül yük-sərnişin avtomobili (pikap) göndərib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Kiyevdəki səfirliyinin bəyanatına istinadən yerli KBS teleradio şirkəti məlumat yayıb.

Məqalədə deyilir: “Koreya hökuməti Ukraynaya minatəmizləmə avadanlığı verib.

Şirkətdən verilən məlumata görə, təhvil-təslim mərasimi dekabrın 21-də Kiyevdə baş tutub. Bununla bağlı Koreya Respublikasının Prezidenti Yun Sok-Yol ukraynalı həmkarı Vladimir Zelenskiyə may ayında Yaponiyanın Xirosima şəhərində keçirilən G7 sammitində vəd edilmiş mina boşaltma avadanlığını təhvil verib.