ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Laboon esminesi Yaxın Şərqdə təhlükəsizliyi təmin etmək üçün ABŞ Hərbi Dəniz Qüvvələrinin beşinci donanmasına gəlib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə TASS məlumat yayıb.
“Dekabrın 18-də Laboon Yaxın Şərq regionunda dəniz təhlükəsizliyi və sabitliyi təmin etmək üçün ABŞ-ın 5-ci Donanmasının əməliyyat bölgəsinə yerləşdirildi”, – ABŞ ordusunun bəyanatında deyilir.
Bundan əvvəl Amerikanın “Laboon” raket esminesinin Qara dənizə daxil olduğu bildirilirdi. Rusiya Müdafiə Nazirliyi esminesin hərəkətlərini izləməyə başladıqlarını bildirib.