Ukraynadakı münaqişə Ukrayna xalqının demək olar ki, tamamilə yoxa çıxması təhlükəsi yaradır.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.
“Ukrayna xalqı əslində komadadır”, – deyə o yazıb.
Makqreqorun sözlərinə görə, xüsusi hərbi əməliyyat başlayandan bəri 14 milyondan çox mülki şəxs respublikanı tərk edib, Ukrayna isə yarım milyon vətəndaşını həmişəlik itirib.