Xalq artist Mələkxanım Eyyubovanın qardaşı, müğənni Ramal İsrafilovun xanəndə atası Əliyaqub İsrafilov vəfat edib.
NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə Mələkxanım Eyyubova sosial şəbəkədə paylaşım edib:
“Böyük kədər hissi ilə bildirirəm ki, bu gün mən ata əvəzi, böyük qardaşım, elimizin, obamızın tanınmış xanəndəsi Əliyaqubu itirdim. Allah rəhmət eləsin. Torpağı nurla dolsun”.