Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verilibbackend

Ukraynada 25 futbolçuya eyni gündə çağırış vərəqəsi verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin “Obolon” futbol klubunun 25 futbolçusu eyni gündə hərbi xidmətə çağırış vərəqəsi alıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu “TaToTake” televiziya proqramının aparıcısı Mixail Spivakovski efirdə deyib.

Jurnalistin sözlərinə görə, bu həftə Ukrayna Premyer Liqasında çıxış edən “Obolon” komandasının oyunçularına ərazi komplektləşdirmə mərkəzlərindən (keçmiş hərbi komissarlıq – red.) çağırış gəlib.

Bu mövsüm komanda Ukrayna çempionatında 13-cü yerdədir.