Bu gün səhər saatlarında Gürcüstanın şərqində 4,4 maqnitudalı zəlzələ olub.
NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Yeraltı təkanlar ölkənin Kaxeti bölgəsində qeydə alınıb.
Zəlzələnin dərinliyi 15 kilometrdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat verilməyib.