Qəzza zolağındakı hökumət İsrail ordusunun daha bir jurnalisti öldürdüyünü açıqlayıb. Oktyabrın 7-dən bu yana İsrail ordusunun Qəzza zolağında qətlə yetirdiyi jurnalistlərin sayı 99-a yüksəlib.
NOCOMMENT xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada, İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda fələstinli jurnalist Məhəmməd Xəlifənin həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 99-a yüksəlib.