DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılırbackend

DSK-lar tərəfindən seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi prosesinə başlanılır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Seçki Məcəlləsinə əsasən, səsvermə gününə 45-25 gün qalanadək müvafiq dairə seçki komissiyası tərəfindən seçicilərə qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi təmin edilməlidir.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar bu müddət 2023-cü il dekabrın 24-dən 2024-cü il yanvarın 13-dək olan dövrü əhatə edir.

Qeyd edək ki, 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkiləri keçiriləcək.