Netanyahu Qəzzada girovların azad edilməsinin əsas üsulunu açıqlayıbbackend

Netanyahu Qəzzada girovların azad edilməsinin əsas üsulunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, yəhudi dövləti Qəzza zolağında HƏMAS-a qarşı mübarizəni dayandırmayacaq, çünki girovları yalnız hərbi təzyiqlə azad etmək olar.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İsrail hərbi təzyiq olmadan 100-dən çox əsiri xilas edə bilməzdi, qalan girovlar isə döyüşlər davam etmədən xilas ola bilməzdi.

Oktyabrın 7-də minlərlə silahlı HƏMAS tərəfdarının Qəzza zolağından İsrailə daxil olması ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.