Türkiyə Parlamentinin Beynəlxalq Məsələlər üzrə Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb.
Qeyd olunur ki, bununla bağlı dekabrın 26-da keçirilən iclasda qərar qəbul edilib.
Daha sonra sənəd Parlamentin Baş Assambleyasında səsverməyə çıxarılacaq. Səsvermə tarixi hələ müəyyən edilməyib.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken İsveçin tezliklə NATO-ya qoşulmalı olduğunu və bunun Şimali Atlantika Alyansının güclənməsinə kömək edəcəyini söylədi.
Dekabrın 11-də Türkiyənin “Hürriyet” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ Ankaraya F-16 qırıcılarının satışına dair razılaşmanı təsdiq edərsə, Türkiyə İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək.