İsrail hərbi kabineti Qəzza zolağının müharibədən sonrakı strukturunu ilk dəfə müzakirə edəcəkbackend

İsrail hərbi kabineti Qəzza zolağının müharibədən sonrakı strukturunu ilk dəfə müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail nazirlər kabineti dekabrın 28-də, oktyabrın 7-dən bəri ilk dəfə Qəzza zolağının müharibədən sonrakı quruluşunu müzakirə etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

“Oktyabrın 7-dən bəri ilk dəfə hərbi kabinet İsrailin istəklərinə uyğun olaraq müharibədən sonra Qəzza zolağına kimin rəhbərlik edəcəyi ilə bağlı planları müzakirə etmək üçün iclas keçirəcək”, – bəyanatda deyilir.

Qeyd olunur ki, İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Bayden administrasiyasının mənfi reaksiyasına səbəb olan bu cür müzakirələri dəfələrlə təxirə salıb.