Xersonda partlayışlar baş veribbackend

Xersonda partlayışlar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Partlayışlar Ukrayna hakimiyyətinin nəzarətində olan Xerson şəhərində baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Kiyevin təyin etdiyi qəsəbə administrasiyasının rəhbəri Roman Mroçko özünün Telegram kanalında yazıb.

Rəsminin sözlərinə görə, hazırda şəhərin sahilyanı ərazisində partlayış səsləri eşidilir. İlk növbədə, söhbət Dnepr bölgəsindən gedir, yerli administrasiya rəhbəri bildirib.

“Xersonda partlayış səsləri eşidilir! Pəncərələrdən uzaq durun! – deyə Mroçko vurğulayıb.

Ərazidəki vəziyyətlə bağlı digər təfərrüatlar dəqiqləşdirilməyib.

Dekabrın 28-də Ukraynanın dörd bölgəsində hava hücumu xəbərdarlığı elan edilib. Vətəndaşların xəbərdar edilməsi üçün onlayn resursun məlumatına görə, Poltava və Çerniqov vilayətlərinin sakinlərinə mümkün təhlükə barədə xəbərdarlıq edilib. Bundan əlavə, Nikolaev və Sumi vilayətlərində sirenlər işə düşüb.