İsrail 8 yaşlı əkizləri ad günündə öldürdübackend

İsrail 8 yaşlı əkizləri ad günündə öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu blokadada olan Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 8 yaşlı əkizləri ad günündə öldürüb.

NOCOMMENT.az xəbər verir ki, İsrailin dünən həyata keçirdiyi hücumda vəfat edən Əhməd Nasır və Cihan Nasır adlı əkiz qardaşların anası Esma Zuhun “AA” müxbirinə danışıb.

Kədərli ana, ad gününü qeyd etmək istəyən qızının İsrailin hücumları bitdikdən sonra qeyd edəcəklərini söyləyərək təsəlli verdiyini ifadə edərək, “İsrail 8 yaşlı əkizlərimi ad günündə əlimdən aldı. 5 il bütün dualarımda onların doğulmasını istəmişdim”, – dedi.

Esma İsrail ordusunun bütün ailə yatarkən heç bir xəbərdarlıq etmədən hücumu həyata keçirdiyini qeyd edib.