backend

Belqorodda hava hücumundan müdafiə sistemi işə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində səmada hava hədəfini vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında yazıb.

Onun sözlərinə görə, hava hədəfi rayonun inzibati mərkəzinə yaxınlaşarkən məhv edilib. Lakin hələlik təyyarənin növü ilə bağlı məlumat daxil olmayıb.

“Əməliyyat xidmətləri yerlərdə fəsadlar barədə məlumatları dəqiqləşdirir. İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur”, – deyə vilayət administrasiyasının rəhbəri əlavə edib.