İsrail hökuməti əhəmiyyətli sayda fələstinlini Qəzza zolağından Misirə köçürməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən xəbər verir.
“Mövcud məlumatlara görə, İsrail hökuməti təhlükəsizliklərini təmin etmək bəhanəsi ilə xeyli sayda fələstinlini Qəzza zolağından Misirə köçürmək planlarını həyata keçirir.
O qeyd edib ki, birinci mərhələdə ən azı 100 min insan qonşu dövlətin ərazisinə köçürülə bilər.
“Gələcəkdə bu şəkildə Qəzza sakinlərinin daha bir neçə partiyasının deportasiya edilməsi planlaşdırılır”, – deyə o qeyd edib.