Çin internet peyk şəbəkələrində istifadə olunacaq texnologiyaların tətbiqini sınaqdan keçirmək üçün kosmosa 3 peyk göndərdi.
NOCOMMENT xəbər verir ki, “Kosmosa əsaslanan İnternet Peyk Test Vasitəsi” adlanan peyklər “Long March 2C” raketi ilə Qobi səhrasındakı Ciuchuen Peyk Mərkəzindən buraxılıb.
Peyklər buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşib.
Çin ABŞ-ın kosmik şirkəti SpaceX-in Starlink internet peyk şəbəkəsinə bənzər bir peyk şəbəkəsi yaratmağı hədəfləyir və bu çərçivədə 12 min 992 peykin Aşağı Yer Orbitində yerləşdirilməsi planlaşdırılır.