NATO Kiyevin tələbi ilə alyansın təcili iclasını keçirəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib.
“NATO ölkələri Ukraynanın Ukrayna-NATO Şurasının fövqəladə iclasının keçirilməsi ilə bağlı tələbini dəstəkləyib”, – mesajda deyilir.
Kulebanın sözlərinə görə, əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq. Lakin o, görüşün tarixini dəqiqləşdirməyib.