Las- Veqasda vəkilin şərti cəza tələbi rədd edilən 30 yaşlı məhkum hökm elan olunarkən məhkəmə zalında hakimə hücum edib.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, hakimi qorumaq istəyən zabitin yaralanaraq xəstəxanaya aparıldığı açıqlanıb.
ABŞ mətbuatında yer alan xəbərlərə görə, hakim yüngül xəsarət alıb.