Nyu-York əyalətinin baş prokuroru Letitia James məhkəmədən Tramp Təşkilatının aktivləri ilə bağlı fırıldaqçılıq işi üzrə ABŞ-ın keçmiş prezidenti Donald Trampdan 370 milyon dollar tələb edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb.
Departament həmçinin ABŞ-ın keçmiş prezidentinin bu ştatda daşınmaz əmlak sənayesində iştirakının ömürlük qadağan edilməsini tələb edib.