2023-cü ilin dekabrında Çin 66,2 milyard dollar satın alaraq dollar ehtiyatlarını 2,1% artırıb.
NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Valyuta Nəzarəti üzrə Dövlət Administrasiyası məlumat yayıb.
Çində Amerika valyutasının alınması “əsas ölkələrin iqtisadi və monetar siyasətləri” və onların inkişafı ilə bağlı gözləntilər, eləcə də qlobal maliyyə aktivlərinin qiymətlərinin artması fonunda dolların dəyərinin azalması ilə izah olunur.
“Yüksək keyfiyyətli iqtisadi inkişaf möhkəm dəstəklənir. Bu, valyuta ehtiyatlarının ümumən sabit həcmini saxlamağa kömək edəcək”, – Çin rəsmiləri vurğulayıblar.
2021-ci ildə Çin Mərkəzi Bankı valyuta ehtiyatlarını 1% artıraraq təxminən 3,25 trilyon dollara, sonra isə 3,7% azaldaraq 3,12 trilyon dollara çatdırıb.