Yanvarın 9-dan İspaniyada xəstəxana və sağlamlıq mərkəzlərində maska taxmaq məcburiyyəti qüvvəyə minib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Guardian”ın manşetində paylaşım edilib.
Buna səbəb ölkədə koronavirus və digər tənəffüs yolları xəstəliklərinə yoluxma hallarının artmasıdır.
İspaniyanın 17 muxtar birliyinin bəzilərində qərarın tətbiqinə başlanılsa da, bəzi regional idarələr qərarın əsassız olduğunu iddia edib.