Google Play proqramlar mağazasında mesajlarda mətnin formatlaşdırılması funksiyasını dəstəkləyən “WhatsApp” messencerinin yeni beta versiyası peyda olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə WABetaInfo portalı məlumat yayıb.
Resursun məlumatına görə, yeni variant mesajın redaktəsi zamanı kontekst menyusu kimi həyata keçirilir. Formatlaşdırmadan istifadə edərək, yazıların ayrı-ayrı fraqmentlərindən sitat gətirə, həmçinin onları nömrələnmiş və ya işarələnmiş siyahılarda təşkil edə bilərsiniz. Bunun üçün istifadəçidən xüsusi simvollardan istifadə etmək tələb olunacaq.
Formatlamağa yalnız Android üçün “WhatsApp”-ın 2.24.2.9 kodlu beta versiyasında cəhd edə bilərsiniz. Artıq bəzi ölkələrdə bu versiyanı yükləmək mümkündür. Yaxın vaxtlarda messencerin ictimai versiyasında yeni funksiyanın görünməsi gözlənilir.