Astanada Nazarbayevin abidəsi götürüldübackend

Astanada Nazarbayevin abidəsi götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astanada Milli Müdafiə Universitetinin ərazisində Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin abidəsi sökülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qazaxıstan Müdafiə Nazirliyi qərarı universitetin adının dəyişdirilməsi ilə izah edib – indi o, ölkənin ilk prezidentinin şərəfinə deyil, “Qazaxıstan Respublikasının Milli Müdafiə Universiteti” adlanır.

“Bununla əlaqədar olaraq Milli Müdafiə Universitetinin ərazisində yerləşən abidənin köçürülərək Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Dövlət Hərb Tarixi Muzeyinin binasına qoyulması qərara alınıb”, – deyə onlar vurğulayıblar.

Abidə müdafiə idarəsinin binalarından birində müvəqqəti saxlanılır, sonra isə muzeyin binasına köçürüləcək.