Alman iqtisadiyyatının tənəzzülü davam edirbackend

Alman iqtisadiyyatının tənəzzülü davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2024-cü ildə Almaniya iqtisadiyyatı tənəzzüldə davam edəcək.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu proqnozu Hollandiyanın ən böyük bank qrupu ING-nin makroiqtisadi araşdırmalar şöbəsinin rəhbəri Karsten Bjeski paylaşıb. 

“2000-ci illərin əvvəllərindən bəri Almaniya ilk dəfə iki illik tənəzzül yaşayır”, – deyə Bjeski bildirib. – Baxmayaraq ki, əhəmiyyətsiz ola bilər.”

Bir çox mənfi amillər var: təchizat zəncirlərinin pozulması, enerji qiymətlərindəki dalğalanmalar, sürətlənmiş inflyasiya templəri və alman məhsullarına Çin tələbinin azalması.

Destatis federal statistika agentliyinin rəsmi məlumatına görə, ötən ilin nəticələrinə görə, Almaniya iqtisadiyyatı 0,3% azalıb. Karsten Bjeski 2023-cü ili Almaniya üçün daimi böhran ili adlandırıb.