Birləşmiş Ştatların Ukraynaya yardımı məsələsi diqqətdə saxlanılır.
NOCOMMENT.az “Reuters”ə istinadən xəbər verir ki, maliyyə naziri deyib ki, Vaşinqton Kiyevə 11.8 milyard dollarlıq dəstək öhdəliyinə sadiqdir.
Cannet Yellen Konqresin Ukraynaya mümkün qədər tez maliyyə yardımı göstərməsinin vacibliyini vurğulayıb. Nazir Ukraynanın bu il üçün xarici maliyyə ehtiyaclarının təxminən dörddə üçünün təmini üçün addım atılacağını açıqlayıb.
Yellent deyib ki, bu, Birləşmiş Ştatların Ukraynanın suverenliyinin müdafiə əzmini nümayiş etdirir.