Avropanın bir sıra ölkələrində, xüsusilə Avropa İttifaqına üzv dövlətlərdə kənd təsərrüfatı siyasətlərinə qarşı etirazların davam etdiyi bir vaxtda, blok bu istiqamətdə addımlar atacağı bildirilib.
NOCOMMENT.az xəbər verir ki, İttifaqın Kənd Təsərrüfatı Komissarı Yanuş Voyçexovski Brüsseldə mətbuat konfransı zamanı deyib ki, ümumi kənd təsərrüfatı üçün büdcə lazımdır:
“Biz fermerlərin səsini eşidirik və bəyan edə bilərəm ki, bütün bunları gələcək ümumi kənd təsərrüfatı siyasəti üçün nəzərə alacağıq. Mən bugünkü müzakirə zamanı deyirəm ki, bizə “dördlər” prinsipinə əsaslanan yanaşma, təhlükəsizlik, sabitlik, davamlılıq və həmrəylik lazımdır. Bu, gələcək ümumi kənd təsərrüfatı siyasətinin tərkibinə daxil edilməlidir. Ərzaq təhlükəsizliyi kənd təsərrüfatının əsas funksiyası kimi birinci yerdə olmalıdır.
Biz ərzaq təhlükəsizliyi ilə ziddiyyət təşkil edən qaydalardan qaçmalıyıq. Fermerlər üçün sabitlik yaratmalıyıq. Büdcəni gücləndirmək üçün üzv dövlətlərin bir çox nümayəndələri fikirlər irəli sürdülər”.
Xatırladaq ki, Fransa, Almaniya və Rumıniyada fermerlərin siyasət və əmək haqqı ilə bağlı etirazları baş tutub.