Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumqayıt şəhər sakini, əvvəllər 6 dəfə məhkum olunmuş R.Əliyevdən nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 6 ədəd patron götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.