Dünyanın ən sülhsevər 10 ölkəsinin siyahısı açıqlanıb.
NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat və Sülh İnstitutunun hər il nəşr etdiyi “Qlobal Sülhsevərlik İndeksi”ndə qeyd olunub.
Məlumata görə, 162 ölkədə analiz olunan başlıca kriteriyalar bunlardır: mövcud daxili və xarici münaqişə, sosial təhlükəsizlik və cinayətkarlığın səviyyəsi, hərbiləşdirmə dərəcəsi. Beləliklə, dünyanın ən sülhsevər ölkəsi İslandiya seçilib.
Bu siyahıya daxil ölən ölkələr isə bunlardır:
1. İslandiya
2. Danimarka
3. İrlandiya
4. Yeni Zelandiya
5. Avstriya
6. Sinqapur
7. Portuqaliya
8. Sloveniya
9. Yaponiya
10. İsveçrə