“QatarEnergy” təbii qaz tədarüklərində gecikmələr olduğunu təsdiqləyibbackend

“QatarEnergy” təbii qaz tədarüklərində gecikmələr olduğunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qətərin dövlət neft-qaz şirkəti QatarEnergy bəzi mayeləşdirilmiş təbii qaz (LNG) tədarüklərində gecikmələr olduğunu təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Praym” agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb.

Səbəb Qırmızı dəniz bölgəsindəki təhlükəli vəziyyət olub. Bu barədə şirkətin RİA Novosti-yə daxil olan bəyanatında deyilir.

Reuters daha əvvəl bildirmişdi ki, QatarEnergy təhlükəsizlik risklərini qiymətləndirmək üçün Qırmızı dəniz vasitəsilə LNG nəqlini dayandırır.

Şirkət qeyd edib ki, regionda baş verən hadisələrlə əlaqədar bəzi tədarüklər alternativ yollarla həyata keçirilir. Bu, çatdırılma cədvəlinə təsir göstərə bilər. Bununla belə, QatarEnergy əmin edib ki, şirkətin müştərilərinə LNG-nin davamlı tədarükü sabit olaraq qalır. Çatdırılmalara alıcılarla birgə nəzarət edilir.