Əsrarəngiz təbiəti ilə göz oxşayan Laçında daha bir maraqlı görüntü müşahidə edilib. Çay boyunca qaçaraq keçən cüyür diqqəti cəlb edib.
NOCOMMENT.az AZƏRTAC-a istinadən xəbər verir ki, maraqlı təbiət hadisəsi Laçın sakini tərəfindən rayonun Minkənd kəndi ərazisində qeydə alınıb.
Dağların arası ilə axan çaydan qaçaraq keçən cüyür marağa səbəb olub.