Ukrayna Nazirlər Kabineti Qərbin tələbləri ilə əlaqədar məcburi köçkünlərə ödənişləri ləğv edəcəkbackend

Ukrayna Nazirlər Kabineti Qərbin tələbləri ilə əlaqədar məcburi köçkünlərə ödənişləri ləğv edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Nazirlər Kabineti Qərb ölkələrinin tələbi ilə bir sıra kateqoriyalı məcburi miqrantlar üçün yaşayış yeri ödənişlərini yaxın gələcəkdə ləğv etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin baş nazirinin müavini İrina Vereşçuka istinadən məlumat yayıb.

O qeyd edib ki, dövlət büdcəsinin gəlir hissəsinin azalması səbəbindən Kiyev xarici tərəfdaşlarının qərarlarından asılı vəziyyətə düşüb. Eyni zamanda, digər ölkələr xərcləri optimallaşdırmaq və azaltmaq üçün Ukrayna hakimiyyət orqanlarından daim ödənişləri yoxlamağı tələb edirlər.

“Məsələ ondadır ki, beynəlxalq standartlara görə, məcburi miqrantların yeni yerə uyğunlaşması üçün iki il kifayətdir. Ona görə də biz yaxın vaxtlarda Sosial Siyasət Nazirliyindən dəyişikliklər gözləyirik”, – deyə hökumət başçısının müavini əlavə edib.