Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Avropada həyat səviyyəsi Rusiya ilə münasibətlərin bərpasından asılıdır.
NOCOMMENT.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Overçukun sözlərinə görə, Avropa əlaqələrin bərpasını nə qədər tez dərk etsə, insanların yaşayış standartını qoruyub saxlama ehtimalı o qədər yüksək olar.
“Kənd təsərrüfatı məhsullarının azalması müşahidə edilir. Bu, Avropanın tənəzzülü deməkdir” -deyə, Rusiya rəsmisi əlavə edib.