“Bu gün bazarlarda brokkolinin qiymətinin bahalaşmasına səbəb əkinçinin onu sahəsində becərə bilməməsidir”.
NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında açıqlamasında fermer Anar Abbasov deyib.
Onun sözlərinə görə, bu gün bazar və marketlərdə bir kilosu 4-5 manata satılan brokkoli 55-60 günə yetişən toxumdur:
“Amma bizə lazımdır ki, brokkolinin sahədə qalıcılıq qabiliyyəti çox olsun. Bunun üçün 90-95 günə yetişən toxum əldə etmək lazımdır. Bu gün əkilən toxum 60 günlükdür, 20-25 gün də sahədə qalır. Ondan sonra dərilməlidir, əkinçi onu sahədə saxlaya bilmir, çiçək açır, bu zaman qidaya yararlığını itirir”.
Fermer təklif edir ki, Azərbaycan bu məhsulla bağlı xaricdən 90-95 günlük toxum gətirilsin:
“Xüsusən də payız aylarında əkilən toxum 95 günlük olmalıdır”.