Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel Aİ-nin Qırmızı dənizdəki dəniz missiyasının başlaması üçün mümkün tarixi qeyd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Onun sözlərinə görə, alyansın missiyası fevralın 17-də başlaya bilər.
O əlavə edib ki, donanma missiyası husilərə qarşı hər hansı hücumda iştirak etməyəcək, yalnız onların yük gəmilərinə hər hansı hücumlarının qarşısını alacaq.