İtaliyanın baş naziri Giorgia Meloni Avropa İttifaqından (Aİ) Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli yardım proqramının təsdiqində kompromis əldə edilməsində əsas rol oynayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “il Giornale” qəzeti mənbələrə istinadən yazıb.
Qəzetin yazdığına görə, Meloni “vasitəçilikdə iştirak edən ilk şəxsdir” və bu, bütün Aİ üzvləri tərəfindən bəyənilən bir qərara nail olmağa kömək etdi.